“Mançester Yunayted” 37 yaşlı qapıçısı ilə yeni müqavilə imzalayıb

“Mançester Yunayted” 37 yaşlı qapıçısı ilə yeni müqavilə imzalayıb

İngiltərənin “Mançester Yunayted” klubu qapıçısı Li Qrantla yeni müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

37 yaşlı qolkiperlə müqavilənin müddəti 2020/21 mövsümünün sonuna qədər uzadılıb.

Qeyd edək ki, Qrant 2018-ci ilin iyulundan "qırmızı şeytanlar"ın şərəfini qoruyur. O, ilk dəfə ötən ilin noyabrında start heyətdə meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə