Fransa Liqa 1-də XXV tura yekun vurulub. SİA-nın məlumatına görə, son gündə 4 görüş baş tutub.

Uğursuz mövsüm keçirən "Lion" turnir cədvəlində ondan irəlidə olan "Strasburq"la xalları yarı bölüb.

Üçüncü pillənin sahibi "Renn" "Reyms" səfərindən məğlubiyyətlə dönüb.

Turun mərkəzi oyununda "Lill" və "Marsel" komandaları üz-üzə gəliblər. Meydan sahibləri önə keçmələrinə baxmayaraq, qonaqlar 3 dəqiqə ərzində iki dəfə fərqlənərək, vacib qələbə qazanıblar.

Fransa Liqa1
XXV tur
16 fevral
"Lion" - "Strasburq" - 1:1
Traore, 21 - Zohi, 42
"Brest" - "Sent-Etyenn" - 3:2
Lasne, 20; Şarbonyer, 38; Kardona, 43 - Buanqa, 54; Dioni, 69
"Reyms" - "Renn" - 1:0
Ture, 72 (pen.)
"Lill" - "Marsel" - 1:2
Osimhen, 51 - Germain, 67; Benedetto, 69

Bütün xəbərlər Facebook səhifəmizdə