UEFA-nın rəsmi saytında Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlər barədə videoçarx yerləşdirilib. SİA-nın məlumatına görə, videogörüntülərlə birgə həmçinin qarşılaşmaların keçiriləcəyi şəhərlər barədə aşağıdakı kiçik məlumatlar da diqqətə çatdırılıb:
- Dəniz səviyyəsindən 28 metr aşağıda yerləşən Bakı bu göstəriciyə görə dünya paytaxt şəhərləri arasında birincidir. Bakını həm də “Küləklər şəhəri” adlandırırlar. Hələ XIX əsrdən etibarən bu şəhər neft hasilatının mərkəzi hesab olunurdu.
- Bakı ultra-müasir arxitektura ilə zəngindir, qədimliyi sevənlər üçün isə burada qala divarları ilə əhatə olunmuş İçəri-Şəhər var. İçəri-Şəhər UNESCO-nun Ümumdünya İrsi siyahısına daxildir. Burada həmçinin Qız Qalası və XV əsrə aid Şirvanşahlar Sarayı mövcuddur.
- Azərbaycan milli komandasının da ev oyunlarını keçirdiyi Bakı Olimpiya Stadionunda 2019-cu il mayın 29-da UEFA Avropa Liqasının final oyunu təşkil olunub. Finalda Londonun “Çelsi” və “Arsenal” komandaları qarşılaşıb.
Avro-2020-nin 3 qrup mərhələsi oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB