İspaniya məhkəməsi “Real Madrid” futbol klubunun müdafiəçisi Serxio Ramosu bir milyon avro məbləğində cərimələyib. 33 yaşlı ispaniyalı müdafiəçi vergidən yayındığı üçün cərimə edilib. Ramosun cərimənin yarısını ödədiyi bildirilib. Lakin günahsız olduğunu söyləyən İspaniya millisinin üzvü məhkəmənin qərarına etiraz edəcək. Müdafiəçi ödədiyi 500 min avronu da geri alacağına inanır.
Ramos cari mövsümdə Madrid təmsilçisinin heyətində keçirdiyi 11 oyunda bir dəfə fərqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB