Azərbaycan idmançısı dünya seriyasının final mərhələsindədir ÇİMƏRLİK GÜLƏŞİ
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə çimərlik güləşi üzrə dünya seriyasının final mərhələsi start götürəcək. SİA-nın məlumatına görə, ölkəmizi bu yarışda Oyan Nəzəriani (90 kq-dan yuxarı) təmsil edəcək.
Hazırda öz çəkisində reytinqdə 1-ci pillədə qərarlaşan O.Nəzəriani final seriyasında da uğurlu çıxış etsə, dünya çempionu tituluna sahib çıxacaq.
Turnirə sentyabrın 8-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB