“Beşiktaş” “Lill”in futbolçusunu icarəyə götürüb

“Beşiktaş” “Lill”in futbolçusunu icarəyə götürüb

Türkiyənin “Beşiktaş” klubu növbəti transferini reallaşdırıb. “TRT Spor” saytında yer alan məlumatda deyilir ki, İstanbul təmsilçisi Fransanın “Lill” klubundan Tiaqo Mayanı satın almaq şərti ilə icarəyə götürüb. “Qara qartallar” mövsümün sonunda braziliyalı yarımmüdafiəçini 10 milyon avroya transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, “Lill” iyirmi iki yaşlı futbolçunu 2017-ci ildə Braziliyanın “Santos” klubundan 14 milyon avroya heyətinə cəlb etmişdi. Braziliyalı oyunçu keçən mövsüm Fransa çempionatında 25 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib. O, cari mövsümdə Fransa Liqa 1-də iki matçda “Lill” formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə