Bu gün “Neftçi” “Bney Yehuda” ilə oynayacaq

Bu gün “Neftçi” “Bney Yehuda” ilə oynayacaq

Bu gün UEFA Avropa Liqasındakı təmsilçimiz “Neftçi” üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində səfərdə İsrailin “Bney Yehuda” (Tel-Əviv) klubu ilə qarşılaşacaq. SİA-nın məlumatına görə, "Ha Moshava" stadionunda keçiriləcək oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
“Neftçi” – “Bney Yehuda” (İsrail)
İlk oyun 2:2
15 avqust. “Ha Moshava” stadionu. Saat 21:00
Baş hakim: Daniele Doveri
Baş hakimin köməkçiləri: Alessandro Kostantso, Alessio Tolfo
Dördüncü hakim: Fabritsio Paskua
(Hakimlər briqadası İtaliyadandır)

Bütün xəbərlər Facebook səhifəmizdə