Qvardiola: "Qoy "Barselona" narahat olmasın"

Qvardiola: "Qoy "Barselona" narahat olmasın"

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola Madrid “Atletiko”sundan gedəcəyini elan etmiş Antuan Qrizmanın transferi uğrunda gedəcək mübarizə barədə sualı cavablandırıb.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, ötən həftə komandasına İngiltərə çempionluğu qazandırmış mütəxəssis deyib: “”Barselona”dakı uşaqlar, narahat olmayın. “Mançester Siti” Antuan Qrizmanı almağa hazırlaşmır. Biz bunu özümüzə rəva görmərik. Qoy “Barselona” narahat olmasın, biz Qrizmanla maraqlanmırıq”.

Həmçinin, Qrizmanla “PSJ” və “Bavariya” maraqlandığı barədə də məlumat da yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə