"Barselona" klubunun futbolçusu Lionel Messi məşqlərdən bir neçə gün kənarda qalacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, argentinalı hücumçu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Mançester Yunayted"i İngiltərədə 1:0 hesabı ilə məğlub etdikləri görüşdə zədələnib. Onun burun çəpərində çat təsbit edilib.
Rəqib futbolçu Kris Smollinqlə toqquşaraq xəsarət alan kapitanın burnunda qırıq aşkarlanmayıb. Lakin onun göz qapağının da zədələndiyi bildirilir. Messi aprelin 13-də "Hueska" ilə səfər matçında iştirak etməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB