"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan yayda "Yuventus"a keçə bilər. İspaniyanın "El-Pais" nəşrinin yazdığına görə, Turin klubu fransalı mütəxəssisə rəsmi müqavilə təklif edib. "Qoca sinyora"nın 46 yaşlı çalışdırıcı ilə 2022-ci ilin yayına qədər müqavilə imzalamağa hazır olduğu bildirilib.
Qeyd edək ki, bir müddət öncə "Real"ın prezidenti Florentino Peresin Zidana yenidən komandaya qayıtmağı təklif etdiyi, ancaq məşqçinin bu barədə iyun ayında qərar verəcəyini birdirdiyi haqda xəbər yayılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB