Yunanıstanda hakimi döydülər, çempionat dayandırıldı

Yunanıstanda hakimi döydülər, çempionat dayandırıldı

Yunanıstan Superliqasında bu həftə keçirilməli olan 15-ci turun oyunları təxirə salınıb. Yunanıstan Futbol Federasiyasının rəsmi saytında yer alan xəbərə görə, səbəb FIFA referisi Thanasis Tzilosun evinin qarşısında naməlum şəxslər tərəfindən döyülməsidir. Dörd maskalı şəxs hakimə hücum edərək ona zərbələr endiriblər. Daha sonra onlar hadisə yerindən qaçıblar. Başından və ayağından xəsarət alan Tzilos xəstəxanaya yerləşdirilib. Təxirə salının oyunların qış fasiləsindən sonra keçiriləcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə