"Neftçi”nin qış fasiləsindəki təlim-məşq toplanışı zamanı keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərdən ikisi müəyyənləşib. SİA-nın məlumatına görə, komanda yanvarın 18-də "Qaz Metan” (Mediaş, Rumıniya), 23-də isə "Slovan” (Liberes, Çexiya) klubları ilə qarşılaşacaq. Ayın 26-dakı rəqibin adına aydınlıq gələndən sonra bu haqda məlumat veriləcək.
Qeyd edək ki, yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərində olacaq komanda Manavqat bölgəsində yerləşən oteldə məskunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB