Lənkəran şahmatçısı beynəlxalq turnirin kubokunu qazanıb

Lənkəran şahmatçısı beynəlxalq turnirin kubokunu qazanıb

Lənkəran şahmatçıları Kislovodsk şəhərində keçirilən "Kislovodsk open" Beynəlxalq Şahmat Festivalında uğurla çıxış ediblər. Lənkəran Şahmat Məktəbinin direktoru İdrak Dadaşovun SİA-nın cənub bürosuna verdiyi məlumata görə, 6 ölkədən-Rusiya, Ukrayna, Azərbaycan, Gürcüstan, Estoniya və Ermənistandan 80-ə yaxın zəka sahibinin qatıldığı turnirdə ölkəmizi Lənkəran Şahmat Məktəbinin 3 şahmatçısı təmsil edib.

Gənclər arasında yarışan Cavidan Babazadə 1-ci yeri tutmaqla festivalın kubokuna və diplomuna sahib çıxıb. Elnur Əliyev isə qrossmeystr və beynəlxalq dərəcəli ustaların yarışında 8-ci yeri tutmaqla pul mükafatına layiq görülüb.

Komandanın rəhbəri İdrak Dadaşov isə festivalda hakim qismində iştirak edib.

Əlavə edək ki, İ.Dadaşov gələn il FİDE-nin Polşada hakimlər üçün keçiriləcək seminarına dəvət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə