Madrid məhkəməsi Marselonu cərimələyib

Madrid məhkəməsi Marselonu cərimələyib

"Real"ın müdafiəçisi Marselonun vergidən yayındığı təsdiqlənib. “El-Mundo” nəşri yazır ki, braziliyalı futbolçu özü öz günahını etiraf edib. Nəticədə Madrid məhkəməsi oyunçunu 753 min avro məbləğində cərimələyib. Bundan başqa, ona 4 aylıq şərti həbs cəzası verilib. Qeyd edək ki, “Real”ın sabiq hücumçusu, mövsümün əvvəlində “Yuventus”a keçən Kriştiano Ronaldo da eyni səbəbdən məhkəməlik olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə