“Roma” futbol klubu, hücumçusu Qrequar Defreli icarəyə verib. Fransalı hücumçu karyerasını “Sampdoriya”da davam etdirəcək. Klubun rəsmi saytı 27 yaşlı oyunçunun 1 illik icarəyə götürüldüyünü açıqlayıb. “Sampdoriya” gələn yay Defreli birdəfəlik transfer etmək hüququna malikdir. Qeyd edək ki, 2015-ci ildə “Sassuolo”dan “Roma”ya keçən Defrel paytaxt klubunda 15 oyuna çıxıb və 1 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB