Azərbaycan cüdoçuları bu gün Qran-Pri turnirində mübarizəyə başlayacaqlar
Bu gün cüdo üzrə beynəlxalq Qran-Pri turnirində 2 Azərbaycan cüdoçusu mübarizəyə qatılacaq. SİA-nın məlumatına görə, Abu-Dabidə kiçirilən turnirdə 66 kq çəki dərəcəsində Tərlan Kərimov, 57 kq çəki dərəcəsində isə qadın cüdoçumuz Kifayət Qasımova tatami üzərinə çıxacaq. Kifayət ilk görüşündə amerikalı idmançı Martin Maloy, Tərlan isə Əlcəzair idmançısı Valid Çellax ilə qarşılaşacaq.
Qeyd edək ki, yarışda yığma komandamızın heyətində həmçinin Renat Mirzəliyev (73 kq), Elxan Rəcəbli (81 kq), Elxan Məmmədov (90 kq), Mövlud Mirəliyev (100 kq), Emil Tairov və Ramilə Yusubova (63 kq) mübarizə aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB