Alveş “Barsa”ya vida etməyə hazırlaşır

Alveş “Barsa”ya vida etməyə hazırlaşır
"Barselona"nın braziliyalı futbolçusu Daniel Alveş klubu ilə müqaviləni uzatmaq haqqında razılığa gələ bilməyib. SİA-nın məlumatına görə, "Katalonlar"ın istedadlı sağ cinah oyunçusu Alveş "Barsa"ya vida etməyə hazırlaşır. İspaniya mətbuatı müqaviləni yeniləməyən futbolçunun artıq klubun siyahısından çıxarıldığını yazır.
Bir müddət öncə kulub rəhbərliyi ilə razılığa gələn Alveş yenidən fantastik bir rəqəm tələbi irəli sürüb. Klub da bu rəqəm qarşısında geriyə addım atıb.
2012-ci ilə kimi "Barselona" ilə müqaviləsi olan Alveşlə "Mançester Siti" yaxından maraqlanır. 32 milyon avroya transfer edilən futbolçunun qarşıdakı günlərdə "Mançester Siti"yə transferi ilə bağlı danışıqlar aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə