“Mançester Siti” qapıçısı ilə müqaviləni uzadıb

“Mançester Siti” qapıçısı ilə müqaviləni uzadıb

“Mançester Siti” qapıçısı Ederson Moraeşlə müqaviləni uzadıb. SİA-nın məlumatına görə, "şəhərlilər" 24 yaşlı qolkiperlə 2022-ci ildə bitəcək müqavilə müddətini 2025-ci ilədək uzadıb.

Braziliya millisinin üzvü bu mövsüm 45 matçda 36 qol buraxıb, 21 qarşılaşmada qapısının toxunulmazlığını qoruyub saxlayıb.

Ederson ötən yay "Mançester Siti"yə “Benfika”dan 40 milyon avroya transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə