Luis Hamilton: "Bakıda azarkeşlərin dəstəyi yüksək səviyyədədir" - AÇIQLAMA

Luis Hamilton: "Bakıda azarkeşlərin dəstəyi yüksək səviyyədədir" - AÇIQLAMA

“Bakıda azarkeşlərin dəstəyi yüksək səviyyədədir”. SİA-nın məlumatına görə, bunu 2018 Formula 1 Azərbaycan Qran Prisinin sıralanma turunda 2-ci nəticə göstərən “Mercedes” komandasının pilotu Luis Hamilton deyib.

O, “Ferrari” komandasının bu il əla bolidə sahib olduğunu vurğulayıb: “Əlimizdən gələni etdik. 15-ci döngəyədək üstünlük dəfələrlə məndə idi. Sonuncu hissədə bir az geri qaldım. Buna baxmayaraq, Sebastiana (Sebastian Fettel - “Ferrari”) afərin. Bütün həftəsonu yarışlarda onlar ən sürətli nəticə göstərdilər. Bu il mükəmməl bolidə sahibdirlər. Dünənlə müqayisədə bugün daha yaxşı yarış sərgilədik. Valtteri də (Valtteri Bottas - “Mercedes”)yaxşı yarışdı. Sebastianla bizi qızğın yarış gözləyir. Bakı treki trek əladır. Bu işdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, sıralanma turunda Sebastian Fettel 1-ci, Luis Hamilton 2-ci, Valtteri Bottas 3-cü olub.

Bu gün (29 aprel) 2018 Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsi keçiriləcək.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə