İtaliya “A” seriyasında 28-ci tura yekun vurulub. SİA-nın məlumatına görə, turun mərkəzi oyunu “San Siro”da keçirilib. “İnter” “Napoli”ni sınağa çəkib. Maraqla gözlənilən görüş elə də baxımlı alınmayıb. 90 dəqiqə boyunca azarkeşlər qola şahidlik etməyiblər. Matç elə başladığı kimi - 0:0 hesabı ilə yekunlaşıb. Bununla da “Napoli” zirvəni əldən verib. Milandakı heç-heçədən sonra 71 xalı olan “Napoli” “Yuventus”dan 2 xal geri düşüb. Üstəlik, “Yuve” Neapol təmsilçisi ilə müqayisdə 1 oyun az keçirib. “Qoca Sinyora” sona 10 tur qalmış çempionatın vahid lideridir.
“İnter” isə bu heç-heçədən sonra 52 xalla beşinci pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə