“Azərbaycanla oyuna eksperiment gözü ilə baxmıram”

“Azərbaycanla oyuna eksperiment gözü ilə baxmıram”

“Finlandiya və Azərbaycanla neytral meydanda, Antalyada yoldaşlıq görüşü keçirməyimiz müsbət haldı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Makedoniya yığmasının baş məşqçisi İqor Angelovski deyib. 42 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında qarşıdakı yoxlama görüşlərinə toxunub. O, oyunlara ciddi yanaşdıqlarını vurğulayıb: “Yoxlama matçlarına 19 futbolçu dəvət etmişəm. Məqsəd standart heyətə üstünlük verməkdi. Yalnız ikinci qapıçı David Mitov Nilson zədəli olduğu üçün milliyə Deyan İliyevi dəvət etmişəm. Finlandiya və Azərbaycanla oyunlara eksperiment gözü ilə baxmıram. Bu üzdən hər hansı ciddi dəyişikliyə ehtiyac duymadım. Çünki 2018-ci ildə bizi çox vacib turnir gözləyir. Millətlər Liqasında uğurlu çıxış etməyə çalışacağıq”.

Qeyd edək ki, martın 18-də Antalyaya yollanacaq Makedoniya yığması ayın 23-də Finlandiya, 27-də isə Azərbaycan millisi ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə