Bakıda konkur üzrə Dünya Kubokunun mərhələ yarışları başa çatıb. SİA-nın məlumatına görə, yarışlarda 4 ölkəni təmsil edən idmançılar çıxış ediblər. Uğurlu keçən Dünya Kubokunda gənc atlarla yarışda ilk yerə "Qalatea" ləqəbli atla Gücüstan təmsilçisi Qaxexiladze Şalva layiq görülüb. İkinci sırada da gürcüstanlı idmançı qərarlaşıb - "Ali" ləqəbli atla Çitrekaşvili Zaza. Üçüncü pillədə isə "Fabienne" ləqəbli atla Azərbaycan idmançısı Rahib İsmayılov yer alıb.
Böyük finalda "Layt Limerik" ləqəbli atla Hikmət Musayev birinci, "Nabab de Belou" ləqəbli atla Camal Rəhimov ikinci, "Konrad De Luks" ləqəbli atla gürcü Kikiani Kakhaber üçüncü olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB