"Ulduz" Çempionlar Liqasını 8-ci pillədə başa vurub

"Ulduz" Çempionlar Liqasını 8-ci pillədə başa vurub

İspaniyanın Alcalа de Henares şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında təşkil olunmuş futzal üzrə Çempionlar Liqası turnirində Azərbaycan çemionatının qalibi "Ulduz" 5-ci yer uğrunda oyunda Norveçin “Oslo Doves Sport” komandasına 0:1, 7-ci yer uğrunda keçirilən qarşılaşmada isə İtaliyanın “Torino” kollektivinə 1:10 hesabı ilə məğlub olub. SİA-nın məlumatına görə, yekunda təmsilçimiz yarışı 8-ci pillədə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə