PSJ Ronaldonu transfer etmək istəyir

PSJ Ronaldonu transfer etmək istəyir

"Real"ın hücumçusu Kriştiano Ronaldo futbolçu karyerasını Fransada davam etdirə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, PSJ portuqaliyalı oyunçu ilə maraqlanır. Paris təmsilçisi artıq 32 yaşlı oyunçunun menecerinə təklif göndərib. Bu təklifin Lionel Messinin "Barselona" ilə yaxın vaxtlarda imzaladığı müqavilə ilə oxşar olduğu bildirilir. K.Ronaldo PSJ-yə keçməyə razılıq verəcəyi təqdirdə, argentinalı hücumçu kimi 5 ilə 300 milyon avro qazanacaq.

Xəbərdə o da qeyd olunur ki, PSJ Ronaldo üçün Edinson Kavanini "Real"a təklif etməyə hazırdır.

Qeyd edək ki, K.Ronaldonun daha 2 klubdan təklif aldığı iddia edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə