Yunanıstan futbolunun şefinə içində güllə olan bağlama göndərilib
Yunanıstan Futbol Federasiyasının rəhbəri Vangelis Qrammenosa içində güllə və məktub olan bir bağlama göndərilib. Axar.az xəbər verir ki, 3 səhifədən ibarət məktubda təhdid dolu ifadələr yer alıb.
Papadopulos imzası ilə yazılmış məktubda federasiya sədri bəzi futbol klublarına imtiyazlı münasibət göstərməkdə ittiham olunub. Poçtla göndərilən bağlama ilə bağlı terrorla mübarizə əməkdaşları araşdırmalara başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB