F1 maşınlarında 360 dərəcə görüntü olacaq

F1 maşınlarında 360 dərəcə görüntü olacaq

2018 Formula 1 mövsümü başlayandan etibarən 360 dərəcə görüntü əldə etmək üçün F1 maşınlarına yeni kameralar yerləşdiriləcək. Bu barədə jurnalistlərə Əbu Dabi Qran Prisi ərəfəsində məlumat verilib. SİA-nın yarışa ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, F1 rəhbərləri azarkeşlərin baş verənləri daha yaxşı görmələri üçün bu il sözügedən kameraları bir neçə dəfə test ediblər. 2018-ci ildən etibarən isə bütün bolidlərdə qolf topu boyda həmin kameranın olması məcburidir.

Yeni kameralar gələn mövsümdən pilotların başının qoruması üçün bolidə quraşdırılacaq halonun önündə olacaq. Halo bəzi digər kameraların görüntü mövqeyinə təsir edəcək. Bu səbəbdən də əvvəlki kameraların yerinin dəyişirilməsinin gündəmə gəlməsi gözlənilir.

Elgün Vidadioğlu

Əbu Dabi

Bütün xəbərlər Facebook səhifəmizdə