Fernando Alonso: “Şanssızlıq nəzərimdə tutduğum xalları qazanmağıma imkan vermədi” AÇIQLAMA

Fernando Alonso: “Şanssızlıq nəzərimdə tutduğum xalları qazanmağıma imkan vermədi” AÇIQLAMA

“McLaren” komadasının məşhur pilotu Fernando Alonso son yarışlardakı uğursuz çıxışları ilə bağlı açıqlama verib. SİA-nın məlumatına görə, dünya çempionu problemləri yoluna qoymaq üçün mühəndislərlə birlikdə çalışacaqlarını bildirib: “Son dönəmdə yarışlarda çətinliklər oldu. Bunları aradan qaldırmaq ötrü mühəndislərlə işləmək lazımdır. Uğur qazanmaq üçün maşında gücün olduğunu hiss edirəm. Komanda yoldaşım Stoffel Vandorn bu maşınla nələr edə biləcəyimizi göstərdi. Ancaq şanssızlıq və yolda yaşadığım problemlər nəzərimdə tutduğum xalları qazanmağıma imkan vermədi. Hər ikimiz Yaponiyada keçiriləcək yarışda tərəfdaşlarımız və azarkeşlərimiz üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, maşınımızdakı inkişafı göstərə biləcəyik” .

Pilot Yaponiyadakı Suzuka trasının onun favorit treklərindən olduğunu qeyd edib: “Yaponiyada yarışmaq üçün səbirsizlənirəm. Bu tras quruluşuna görə tamamilə fərqlənir. Suzuka treki həm pilot, həm də mühəndislər üçün böyük mücadilə gərəkdirir. Bu trek mükəmməl yarışçıların trasıdır”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə