Nazir: “Azərbaycanda peşəkar boksçuların yetişməsinə kömək etməyə hazırıq” - AÇIQLAMA - EKSKLÜZİV
“Ümumdünya Boks Şurası (WBC) dünyanın ən iri və tanınmış peşəkar boks federasiyasıdır. WBC hazırda 165 üzv ölkəni birləşdirir. Bu qurumun 55-ci Konvensiyasının Bakıda keçirilməsi xüsusi əhəmiyyət daşıyır”. Bunu SİA-ya açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.
Onun sözlərinə görə, məşhur boksçuların ölkəmizə gəlməsi dünyanın bütün peşəkar boks həvəskarlarının diqqətini Azərbaycana yönəldib: “Bütün dünyada peşəkar boksun çox sayda azarkeşi mövcuddur. Bununla yanaşı, Azərbaycanda keçirilən tədbirə sosial şəbəkələrdə də çox böyük maraq var. Bu günlərdə dünyada peşəkar boksu sevənlərin bütün diqqətləri Bakıdadır. Bu auditoriya da bizim üçün çox vacibdir”.
Nazir qeyd edib ki, Azərbaycanda da peşəkar boksçuların yetişdirilməsi diqqətdə saxlanılacaq: “Hazırda ökəmizdə peşəkar boks federasiyası qeydiyyatdan keçməyib. Ancaq bu idman növünə maraq çox böyükdür. Düşünürük ki, Azərbaycanda da peşəkar boksçular yetişməyə başlamalıdır. Bizim məşhur boksçularımız var ki, hazırda çıxış etmirlər. Onların öz karyeralarını peşəkar boksda davam etdirməsi yaxşı olar. Nazirlik olaraq Azərbaycanda peşəkar boksçuların yetişməsinə kömək etməyə hazırıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB