Rumıniya millisinin yeni baş məşqçisi müəyyənləşib. SİA-nın məlumatına görə, Kristof Daumun istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsinə Kosmin Kontra təyin edilib. 41 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, federasiya millinin DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmaq şansını itirməsindən sonra K.Daumla yolları ayırmışdı.
Əlavə edək ki, K.Kontra “Timişoara”, “Petrolul”, Buxarest “Dinamo”su, “Hetafe”, “Alkoron”, “Quançjou Fuli”nin baş məşqçisi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB