Baş məşqçi: "Bakı-2017"nin təşkilatçılığı ən yüksək səviyyədədir" AÇIQLAMA

Baş məşqçi: "Bakı-2017"nin təşkilatçılığı ən yüksək səviyyədədir" AÇIQLAMA

"Biz əvvəllər də İslam Həmrəyliyi Oyunlarında iştirak etmişik. "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçılığı ən yüksək səviyyədədir". Bunu SİA-ya açıqlamasında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən karate üzə İran milli komandasının baş məşqçisi Şahab Soltani deyib.

O qeyd edib ki, "Bakı-2017"də idmançı və nümayəndə heyətləri üçün hər cür imkanlar yaradılıb: "Bizim rahatlığımız üçün Atletlər Kəndində gözəl şərait var. Yarış arenaları möhtəşəmdir. Azərbaycan və İran xalqı bir-birinə yaxındır və dostdurlar. Biz burada olmaqdan çox şadıq".

Baş məşqçi "Bakı-2017"də əsas rəqiblərinin Azərbaycan, Türkiyə və Misir yığmaları olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə