"Bakı-2017"də yarışacaq ağır atletika yığmamızın heyəti açıqlanıb SİYAHI
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək ağır atletika üzrə yığma komandamızın heyəti açıqlanıb. Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışa 8 qadın və 8 kişi atletimiz qatılacaq. Ağır atletika üzrə yarışlar 13-17 may tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək.
Heyətdə yer alan atletlərin adları ilə aşağıda tanış ola bilərsiniz:
Qadınlar: Mərziyyə Məhərrəmova (48 kq), Səbinə Əzimova, Gülçin Əlizadə (hər ikisi 53 kq), Firuzə İbrahimova (58 kq), Elnurə Abbasova (63 kq), Anastasiya İbrahimli , Fidan Hüseynzadə (hər ikisi 69 kq), Xumar Məmmədova (+90 kq).
Kişilər: Elmar Alıyev (56 kq), Allahyar Abışov (62 kq), Əfqan Bayramov (77 kq), Ceyhun Tağızadə , Kamran İsmayılov (hər ikisi 85 kq), Rövşən Fətullayev, Nailxan Nəbiyev (hər ikisi 94 kq), Azər Məmmədli (+105 kq).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB