Qırğızıstanın "Bakı-2017"də yarışacaq qadın voleybolçularının adları açıqlanıb

Mayın 12-22-də Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçular arasında yarışda millimiz ilə qarşılaşacaq Qırğızıstan yığmasının heyəti açıqlanıb. SİA-nın məlumatına görə, heyətdə toppaylayıcılar - Anastasiya İltner, Mədinə Mirlanqızı (hər ikisi "Salam-Alik"), hücumçular - Yuliana Morozova ("Dordoy-Namıs"); Nailə Əliyeva ("Salam-Alik"), Altınay Samatqızı ("Ular"), blokçular - Marina Qrişayeva, Anastasiya Yevolenko (hər ikisi "Salam-Alik"), Aydana Abdıkadırqızı ("Qorod Oş-Datka") və libero - Aliyə Şumkarbekova ("Salam-Alik") yer alıblar.

IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybol komandalarının yarışında Azərbaycan, Qırğızıstan, Türkiyə, Kamerun və Tacikistan birincilik uğrunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...