"Liverpul"un canlı əfsanəsi Stiven Cerrard yenidən doğma komandasının heyətində meydana çıxacaq. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu ilin yanvar ayında ABŞ-ın "La Qalaksi" klubunda karyerasını başa vuran veteran yarımmüdafiəçi "Sidney"lə keçiriləcək yoldaşlıq matçında iştirak edəcək. Mövsümün sonunda keçiriləcək oyunda Cerrarddan başqa karyerasını bitirmiş "Liverpul"un sabiq futbolçuları Daniel Agger, Stiv Makmanama və Ceymi Karraqer də iştirak edəcək.
Qeyd edək ki, hazırda Mersisayd klubunun akademiyasında çalışan Cerrardın yayda "Liverpul"un U-18 komandasının baş məşqçisi təyin ediləcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB