Mart ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib

Mart ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib

Futbol üzrə Azərbaycan I Divizionunda mart ayının ən gözəl qolunun müəllifi müəyyənləşib. SİA-nın məlumatına görə, idman jurnalistləri, azarkeşlər və Peşəkar Futbol Liqasının əməkdaşları arasında keçirilən sorğunun nəticəsinə əsasən "Səbail"in oyunçusu Orxan Qurbanlının qolu ən yaxşı seçilib.

Məlumat üçün bildirək ki, azarkeşlərin seçimində "Səbail"in üzvü Orxan Qurbanlının, jurnalistlərin seçimində isə Raul Yaqubzadənin qolu ən yaxşı adına layiq görülmüşdü. Jurnalistlərlə azarkeşlərin seçimi üst-üstə düşmədiyindən qaydalara əsasən Peşəkar Futbol Liqası səsvermə hüququndan istifadə edib. Əməkdaşlar arasında keçirilən sorğunun nəticəsində Orxan Qurbanlı daha çox səs toplayıb. Beləliklə, Orxan Qurbanlı I Divizionda mart ayının ən yaxşı qolunun müəllifi kimi təsdiqlənib.

Qeyd edək ki, nəzərdə tutulan xüsusi mükafat Orxan Qurbanlıya I Divizionun XXIV turunun "Zaqatala" – "Səbail" oyunundan öncə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə