Heç vaxt trekə çıxa bilməyəcək “MRT07 külək tuneli” modeli FOTO

Heç vaxt trekə çıxa bilməyəcək “MRT07 külək tuneli” modeli FOTO

Xəbər verdiyimiz kimi, məşhur Formula 1 komandası "Manor" külli miqdarda borclandığı və yeni investor tapa bilmədiyi üçün fəaliyyətini dayandıracağını açıqlayıb. SİA-nın məlumatına görə, artıq komandanın zavodunun qapısı kilitlənib və 140 nəfər işsiz qalıb.

"Manor"un aerodinamika qrupu isə üzərində çalışdığı və heç vaxt trekə çıxa bilməyəcək "MRT07 külək tuneli" modelinin fotoşəklini paylaşıb.

Bolidin 50 faiz böyüklüyündə olan maketi ilə şəkildə yeni modelin baş dizayneri Luka Furbatto, aerodinamika hissəsisinin rəhbəri Nikolas Tombazis və digərləri də var.

Qeyd edək ki "MRT07 külək tuneli" "Mersedes"in "külək tuneli" üzərində formalaşdırıldı.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə