Yaponiyalı Morinari Vatanable Beynəlxalq Gimnastika Federasiyasının rəhbəri seçilib
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Tokioda keçirilən 81-ci Konqresində bu qurumun yeni prezidenti seçilib. Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, səsvermə prosesi yaponiyalı Morinari Vatanablenin qələbəsi ilə başa çatıb. Hazırda Yaponiya Gimnastika Birliyinin və FIG İcraiyyə Komitəsinin üzvü olan 57 yaşlı M.Vatanable səlahiyyətlərinin icrasına yanvarın 1-dən başlayacaq. Üzv federasiyaların yüzünün səsini əldə edən M.Vatanable FIG-in doqquzuncu prezidenti olacaq. FIG-in hazırkı prezidenti italiyalı Bruno Qrandidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB