"Barselona"nın yarımmüdafiəçisi Arda Turan Türkiyə millisindəki karyerasını başa vurmağı planlaşdırır. SİA-nın məlumatına görə, bu barədə məlumatı "Fanatik" qəzeti yayıb.
DÇ-2018-in seçmə mərhələsində Ukrayna və İslandiya ilə oyunlara çağırılmayan Arda belə bir qərar vermək fikrindədir. Fatih Terim Ardayla yanaşı Selçuk İnan, Caner Erkin, Burak Yılmaz və Gökhan Gönül kimi futbolçulara da dəvət göndərməyib.
Xatırladaq ki, Terimlə Arda Turan arasında münaqişə AÇ-2016-da mükafat məsələsinə görə yaranıb.
Əlavə edək ki, Arda Turan bu mövsüm "Barselona"da keçirdiyi 9 oyunda 5 qol vurub və 4 qol ötürməsi verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB