Andrey Popoviç Almaniyanın 2-ci Bundesliqası təmsilçisinin heyətinə baxışa dəvət olunub

Andrey Popoviç Almaniyanın 2-ci Bundesliqası təmsilçisinin heyətinə baxışa dəvət olunub
Azərbaycan milli yığma komandasının qapıçısı Andrey Popoviçin Almaniyanın 2-ci Bundesliqasının təmsilçisi Düsseldorfun "Fortuna" klubuna baxışa dəvət edilməsi onun doğma klubu "Abşeron" da böyük coşğuyla qarşılanıb. Siasport.az saytı xəbər verir ki, fəaliyyətinin hələ 1 ili tamam olmamasına baxmayaraq, "Abşeron"un futbolçuları artıq Avropa futbolunun ünlü menecerlərinin maraq dairəsinə düşməyi bacarıb. Almaniyanın kifayət qədər böyük təcrübəyə malik olan "Fortuna" klubunu qapıçı A. Popoviçi öz düşərgəsinə baxışa dəvət etməsini klubun qısa tarixində əlamətdar hadisə kimi dəyərləndirmək olar. Bu fakta münasibətini bildirən komandanın baş məşqçisi Mirbağır İsayev bildirib ki, "Andreyin böyük 5-lik ölkələrindən biri sayılan Almaniya birinciliyinin iştirakçısından təklif almağını komanda üçün böyük uğur sayır: "Doğrudur baxışa çağrılmaq, hələ "Fortuna"nın tam hüquqlu üzvü olmaq demək deyil. Lakin A.Popoviç inamlı oyunuyla mütəxəssislərin diqqətini cəlb etməyi bacarıbsa, onun ilboyu çəkdiyi zəhmət hədər getməyib. Biz gənc qapıçını heyətimizə qatanda o, "Bakı" klubunun əvəzedici heyətinin heç ehtiyat skamyasında da, yer almırdı. Lakin "Abşeron"da çıxış etməyə başlayandan sonra onun futbolçu karyerası yüksələn xətt üzrə inkişaf etdi. O, tədricən Azərbaycanın milli komandasına dəvət almağa başladı, sonralar isə Kamran Ağayevin əvəzedicisi kimi heyətdə möhkəmləndi. Buna görə də, "Fortuna"dan təklif gözlənilməzlik kimi deyil, normal hadisə kimi qəbul edirəm. Lakin yenə də, hər şey onun özündən asılı olacaq. Ona görə də, hesab edirəm ki, Andreyin "Fortuna"dan aldığı təklifi hələlik onun gələcək uğurlarının avansı kimi qiymətləndirmək olar" 


Bütün xəbərlər Facebook səhifəmizdə