Baş İdarə uşaqları sevindirdi FOTOLAR

Baş İdarə uşaqları sevindirdi FOTOLAR

Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsidə (BŞGİBİ) 2016-2017-ci tədris ilində ilk dəfə məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov çıxış edərək bildirib ki, belə tədbirlər Baş İdarə tərəfindən ənənəvi olaraq keçirilir. Onun sözlərinə görə, 10 ildir BŞGİBİ ilk dəfə məktəbə gedən qaçqın və məcburi köçkün, aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqları məktəbli çantası və məktəb ləvazimatları ilə təmin edir. Çıxışının sonunda rəis müavini balacaları ilk dəfə məktəbə qədəm qoymaları münasibətilə təbrik edib, onlara gələcək dərslərində müvəffəqiyyətlər arzulayıb.

Sonda ilk dəfə məktəbə gedən 150 uşağa Baş İdarə tərəfindən məktəbli çantası və məktəb ləvazimatları paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə