Togrul Əsgərov: "Qızıl medalı əldən verdiyim üçün təəssüflənirəm" AÇIQLAMA
"Olimpiya Oyunlarından medalla qayıtmaq uğur sayılmalıdır. Əlbəttə, çox istəyirdim ki, qızıl medal qazanım". SİA-nın məlumatına görə, bunu Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanan sərbəst güləşçimiz Togrul Əsgərov "İdman" qəzetinin redaktoru Qabil Mehdiyevlə söhbəti zamanı deyib.
"London-2012"nin qalibi olan güləşçimiz bildirib ki, yarımfinaldakı görüşü çox ağır keçsə də, qalib gəlib və finala köklənib. "Görüşün əvvəlində rəqibin bilmirəm başı, ya çiyni almacıq sümüyümə dəydi. Bir an içində gözüm qaraldı, heç nəyi görmədim, heç nəyi hiss etmədim. Özümə gəlməyə macal da tapmadım. Həkimə müraciət edə bilərdim. Amma nə baş verdiyini anlamadım. Sırf təsadüf nəticəsində bu talesizliyi yaşadım. Özümə gələndə artıq gec idi", - deyə o vurğulayıb.
Yarımfinaldakı rəqibi dünya çempionunun güclü olduğunu bildirən Toğrul Əsgərov deyib: "Onunla rəqabətdə qalib gəlib psixoloji üstünlük əldə etmişdim. Yenə də medalsız qayıtmadığım üçün şükürlər edirəm. Ötən dövrdəki zəhmətim, məşqçilərimin zəhməti, əziyyəti hədər getmədi. Amma qızıl medalı əldən verdiyim üçün təəssüflənirəm. Hələ də özümə gələ, bunu özümə bağışlaya bilmirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB