\"Real Madrid\" Şakiraya sevgilisinə görə qadağa qoydu

\"Real Madrid\" Şakiraya sevgilisinə görə qadağa qoydu
Madrid \"Real\"ı məşhur müğənni Şakiradan imtina edib. Siasport.az saytı xəbər verir ki, bundan sonra \"Santyaqo Bernabeu\" stadionunda məşhur müğənninin mahnıları səsləndirilməyəcək. Bu haqda ərarı klub rəhbərliyi qəbul edib.

Qeyd edək ki, \"Kral klubu\"nun oyunları başlamazdan 2 saat əvvəl stadionda musiqi səsləndirilməyə başlanılır. Hər oyundan əvvəl \"Santyaqo Bernabeu\"da Şakiranın da mahnıları səsləndirilirdi.

Müğənnidən imtinanın səbəbinə gəlincə, bu Şakiranın \"Real\"ın əzəli rəqibi \"Barselona\"nın müdafiəiçisi Xerard Pike ilə sevişdiyini rəsmən təsdiqləməsilə bağlıdır. Görünür, \"Real\" bossları əzəli rəqibin düşərgəsinə yaxın olan Şakiranın ifasının oyunçulara və azarkeşlərə pis təsir göstərə biləcəyini düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com