"Qəbələ" bu gün “Lill” ilə cavab oyunu keçirəcək

"Qəbələ" bu gün “Lill” ilə cavab oyunu keçirəcək

UEFA Avropa Liqası turnirinin üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qəbələ" bu gün "Bakcell Arena"da Fransanın "Lill" komandası ilə qarşılaşacaq. SİA saat 21:00-da başlayacaq qarşılaşmanı idarə edəcək hakimləri diqqətinizə çatdırır:

Baş hakim: Aleksey Yeskov

Baş hakimin köməkçiləri: Dmitri Mosyakin, İqor Demeşko

Dördüncü hakim: Vladimir Moskalyov

(Hakimlər briqadası Rusiyadandır)

UEFA nümayəndəsi: Vasko Dojçinovski (Makedoniya)

Hakim-inspektor: Oleq Çikun (Belarus)

Bütün xəbərlər Facebook səhifəmizdə