İtaliya milli komandasının sabiq baş məşqçisi Marçello Lippi hazırda heç bir İstanbul klubunu çalışdırmaq fikrində deyil. Siasport.az saytı xəbər verir ki, məşhur italyan futbol mütəxəssisi, özünün türk meneceri Kazım Avçı vasitəsi ilə mediyaya müraciət ünvanlayaraq heç bir türk futbol klubundan təklif almadığını açıqlayıb. O eyni zamanda indiki mərhələdə Türkiyədə işləməyə də müsbət yanaşmadığını bildirib: "Aldığım təkliflər arasında heç bir türk klubunun adı yoxdur. Heç bir türk klubunun rəhbərliyi ilə də görüşmürəm. Bundan başqa mənim "Qalatasaray"-"Fənərbaxça" derbisini izləmək üçün İsyanbula gələcəyimlə bağlı informasiyalar və fikirlər də tam yanlışdır."-deyə italiyalı futbol mütəxəssisi fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB