ŞOK! \"Nurgün\" \"Muğan\"dan imtina edir

ŞOK! \"Nurgün\" \"Muğan\"dan imtina edir
Son dövrlər uğurlu çıxışı ilə iddialı klublara ağır zərbə vuran \"Muğan\" sponsorsuz qala bilər. Siasport.az saytı xəbər verir ki, Salyan təmsilçisinin himayəçisi \"Nurgün\" şirkəti klubdan imtina etmək niyyətindədir.

Məlumatlı mənbənin sözlərinə görə, şirkət yeni mövsümdən Premyer Liqada çıxış edəcək \"Rəvan\"a himayəçilik edəcək. Belə olan halda, sponsorsuz qalacaq \"Muğan\" Salyan rayon İcra Hakimiyyətinin himayəsinə veriləcək.//fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə