Gələn mövsüm Azərbaycan I Divizionunda çıxış edəcək "Şuşa Qarabağ" klubunun ev oyunlarını keçirəcəyi stadion rəsmən məlum olub. SİA-nın məlumatına görə, klub rəhbərliyi Masazır qəsəbəsində yerləşən "Əlincə" stadionu ilə müqavilə bağlayıb.
Beləliklə, Şuşa təmsilçisi növbəti mövsüm ev oyunlarını bu stadionda keçirəcək. Bu arada, stadiona gələn azarkeşlərə müəyyən üzvlük kartları paylanacaq. Bu kartları alan şəxslər komandanın ev və rəqib meydanda keçirəcəyi oyunları pulsuz izləyə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB