Azərbaycan idmançıları Avropa Çempionatına niyə məşqçisiz qatılacaqlar? - ÖZƏL

Azərbaycan idmançıları Avropa Çempionatına niyə məşqçisiz qatılacaqlar? - ÖZƏL

May ayında Azərbaycan bilyard ustaları Avropa Çempionatına qatılacaqlar. Bu barədə siasport.az saytına Azərbaycan Bilyard Federsiyasının baş katibi Firudin Ələsgərov açıqlama verib. Onun sözlərinə görə, hələ ki, çempionatın hansı ölkədə təşkil olunacağı bilinməsə də, yarışa yollanacaq Azərbaycan nümayəndə heyətinin sayı məlumdur. Baş katib federasiyanın maliyyə vəziyyəti pis olduğuna görə, yalnız 2 idmançımızın yarışa gedəcəyini qeyd edib. O, kiy ustalarımızın çempionata məşqçisiz qatılacağını vurğulayıb: "Nazirlikdən yalnız iki idmançı üçün maliyyə ayrılıb. Ona görə, yarışa, məşqçi və hakimlərimiz gedə bilməyəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə