"Qalatasaray" Türkiyə Kubokunun qalibi olub

"Qalatasaray" Türkiyə Kubokunun qalibi olub

Futbol üzrə Türkiyə Kubokunun final oyunu keçirilib. SİA-nın məlumatına görə, həlledici görüşdə "Qalatasaray" və "Fənərbaxça" komandaları üz-üzə gəlib. Türkiyə Superliqasında çempionluğu əldən verən "Fənərbaxça" ölkə kubokunu qazanmaqla azarkeşlərini sevindirməyə çalışsa da buna nail olmayıb. Antalya stadionunda keçirilən oyunun taleyini bir qol həll edib. Lukas Podolskinin 30-cu dəqiqəsində vurduğu qolla "Qalatasaray" Türkiyə kubokuna sahib çıxıb.

Qeyd edək ki, bu, "Qalatasaray"ın tarixi ərzində qazandığı 17-ci kubok olub.

Türkiyə kuboku

Final

"Qalatasaray" - "Fənərbaxça" 1:0
Qol: Lukas Podolski, 30 (1:0)
Hakimlər: Mete Kalkavan, Ceyhun Sesigüzel və Esat Sancaktar
Antalya stadionu.

Bütün xəbərlər Facebook səhifəmizdə