AKF hesabat verəcək

Azərbaycan Kapoeyra Federasiyasının 2010-cu ildə fəaliyyətinin yekunlarına dair ümumi yığıncağı keçiriləcək. Siasport.az saytı xəbər verir ki, tədbir yanvarın 16-da \"Caspian Plaza\" otelində baş tutacaq. Yığıncaqda 2010-cu il ərzində keçirilmiş kəmər imtahanları, yarışlar və turnirlər, habelə federasiyanın təşkil etdiyi digər tədbirlər haqqında müzakirələr aparılacaq, idarə heyətinin və direktorlar şurasının hesabatı dinləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə