AZAL-ın futbolçusu üçün mövsüm bitib

AZAL-ın futbolçusu üçün mövsüm bitib

Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən AZAL - "Neftçi" oyununda zədələnərək qarşılaşmanı yarımçıq tərk edən Taqim Novruzov üçün mövsüm bitib. SİA-nın məlumatına görə, dünən Mərkəzi Gömrük Hospitalında MRT müayinəsindən keçən futbolçu bəd xəbər alıb. Həkimlər ona "sağ diz oynağının çarpaz ön bağlarının tam qopması" diaqnozu qoyublar. Taqimin ən azı 6 ay yaşıl meydançaya çıxmayacağı dəqiqləşib. Klub rəhbərliyi hazırda onun əməliyyatı ilə bağlı məsələləri həll etməklə məşğuldur. Taqimin yaxın vaxtlarda Türkiyənin Ankara şəhərinə yollanacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə