AZAL MOİK-ə iki cavabsız qolla qalib gəldi FOTOLAR

AZAL MOİK-ə iki cavabsız qolla qalib gəldi FOTOLAR

Qış fasiləsini Azərbaycanda keçirən futbol klubları arasında "CBC Sport Kuboku" turniri davam edir. Yanvarın 16-da turnir çərçivəsində növbəti bir qarşılaşma keçirilib. Turnirin üçüncü oyun günündə AZAL komandası MOİK ilə üz-üzə gəlib. Qarşılaşma AZAL-ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. AZAL-ın heyətində 19-cu dəqiqədə Tərlan Xəlilov, 73-cü dəqiqədə isə Nuqzar Kvirtiya fərqləniblər. Baş məşqçi Tərlan Əhmədovun rəhbərlik etdiyi komandada Emin Cəfərquliyev 56-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, bundan əvvəlki matçlarda "Neftçi" AZAL-ı 1:0 hesabı ilə məğlub etmişdi. "Neftçala"–"Şərurspor" arasında keçirilmiş oyunda isə 2:2 hesablı bərabərlik qeydə alınmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə